Vəfadan həmkarlarına xəbərdarlıq: “Hər şeyi açıq danışacam” – VİDEO 

Hazırda oxunan: Vəfadan həmkarlarına xəbərdarlıq: “Hər şeyi açıq danışacam” – VİDEO 

174759

“Danışanların 10-dan birinə, ikisinə cavab vermişəm. Əslində, cavab da verməmişəm, sadəcə özümü müdafiə etmişəm. Efirə çıxıb dəfələrlə haqqımda nələrsə danışırlar. Onlara cavab verəndə isə deyirlər ki, “Sən kimsən ki, mənə cavab verirsən...” Bəs, siz mənə hər sözü deyə bilirsiniz. Mən də çıxıb özümü müdafiə edirəm. Bu özgüvən onlara haradan gəlir?” 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

Sənətçi onun haqda efirlərdə xoş olmayan sözlər danışan həmkarlarına xəbərdarlıq ünvanlayıb: 

“Haqqımda xoş olmayan şeylər danışırlar və bu haqqı haradan aldıqlarını anlamıram. Düşünürlər ki, biz hər şeyi deməliyik, mən isə susmalıyam. Niyə? Axı, mən nə qədər susa bilərəm? Hələ ki mən heç kimi vurmuram. Amma ora da gəlib çıxarıq. İnsan nədənsə bezəndə bir yerə qədər dözür. Bir yerdən sonra partlayırsan. Vəfanın səbir kasası artıq dolub. Bir dəfə elə açıq danışacağam ki, baxmayacağam, o söz hara qədər gedib çıxacaq... Amma deyəcəyəm. Hələ ki susuram, səbir edirəm”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin