Aşıq Zülfiyyə İbadova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi müğənni oğlu Babəklə qonaq olduğu “Rəngarəng səhər” verilişində qazandığı pullardan danışıb.
Aşıq bildirib ki, toylardan və məclislərdən qazandığı qonorarı əlində saxlamır:
“Mən evdə çox tapılmıram. Evdə çox pul saxlamıram. Əlimdə pul varsa, onu banka qoyuram və nəsə bir şeylər alıram”.
Zülfiyyənin oğlu Babək isə pulla bağlı bunları söyləyib:
“Hazırda öz evimi təmir edirəm. Bir otağın təmirini yekunlaşdırıb, digərinə keçirəm. Pulların əksəriyyətini də indi təmirə xərcləyirəm. Toylardan qazandığım pulu isə evdə saxlayıram. Kassada, yoxsa yorğan-döşək altında, onu artıq mən bilirəm. Üzərimdə pul gəzdirmirəm”.
- A-
- A
- A+
Şoutaym
11:15 / 23.01.2024
Aşıq Zülfiyyə: “Qazandığım pulu evdə saxlamıram, banka qoyuram” – VİDEO
Hazırda oxunan: Aşıq Zülfiyyə: “Qazandığım pulu evdə saxlamıram, banka qoyuram” – VİDEO
Hazırda oxunan: Aşıq Zülfiyyə: “Qazandığım pulu evdə saxlamıram, banka qoyuram” – VİDEO
174706
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.