Türkiyəli məşhur bəstəkar və müğənni Yıldız Tilbe jurnalistlərlə küçədə dalaşıb.
Bizim.Media xəbər verir ki, hadisə İstanbulun məşhur Nişantaşı küçəsində baş verib.
Belə ki, küçədə alış-verişə çıxan Yıldız görən media nümayəndələri onun üzərinə qaçaraq onun səhhəti ilə bağlı sorğu-suala tutublar.
Bu məqamda əsəblərini cilovlaya bilməyən sənətçi jurnalistlərə od püskürüb:
"İnsanı yorursunuz. İşinizlə məşğul olun. Mənə heç bir şey deyə bilməzsiniz. Məndən eyni suallara soruşursunuz. Bəsdirin! Sizdən bezmişəm, yetər artıq".
Sözügedən görüntürlər sosial şəbəkələrə yayılaraq "viral" olub.
Həmin kadrları sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media