Ranar Musayev Aygün Kazımovanın səhifəsinin necə oğurlandığını AÇIQLADI 

Hazırda oxunan: Ranar Musayev Aygün Kazımovanın səhifəsinin necə oğurlandığını AÇIQLADI 

173985

Aparıcı Ranar Musayev Xalq artisti Aygün Kazımova ilə bağlı diqqətçəkən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, aparıcı sosial şəbəkə hesabından gələn linkə keçid etdikdən sonra sənətçinin səhifəsinin ələ keçirildiyini bildirib. 

"Aygün deyir:

Sənə olan sevgim, məni zibilə saldı. Sadəcə, səhifəmi qıran haker Divaya bədxah "atkoronainstavirus" linkini göndərib. O da elə bilib ki, mənəm, daxil olub. Beləcə, profil gedib. Bu şəkil indi səhifəmə qayıdanda düşündüm ki, sanki Aygün məndən inciyib. Mən də üzr istəyirəm, amma anlayır ki, bizlik deyil. Şəkilləri pozmaq olar, əsas odur ki, tarixə yazılan ad pozulmaz. Amma artıq stresdən qorunmaq üçün hamı diqqətli olsun. Çəhrayı at, başında tac səhifəniz üçün təhlükəlidir. Ola bilsin, başqa növü də var". 

Qeyd edək ki, A.Kazımovanın 1,4 milyon izləyicisi olan "Instagram" hesabı hakerlər tərəfindən ələ keçirilib. Həmin şəxslər müğənnidən 10 min avro pul istəyib. Onu da əlavə edək ki, bundan əvvəl Ranar Musyaev, Ceyhun Əli, "Kobra" ləqəbli idmançı Pərviz Abdullayev və müğənni İradə İbrahimovanın da səhifəsi oğurlanmışdı. İradə və Ranar profilini geri qaytara bilib. 



Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin