Nastya İvleyeva yenidən məhkəməyə verildi - 1 milyard TƏLƏB EDİLİR

Hazırda oxunan: Nastya İvleyeva yenidən məhkəməyə verildi - 1 milyard TƏLƏB EDİLİR

173774

Moskvanın Taqanski Məhkəməsi “Orel i reşka” səyahət verilişi ilə məşhurlaşan aparıcı və bloger Nastya İvleyevaya qarşı “çılpaq” gecəyə görə, 1 milyard rublluq (təxminən 18 milyon manat) yeni bir qrup iddiasını qeydə alıb. 

Bizim.Media “TASS”a istinadla xəbər verir ki, iddiaçılar “Mutabor” da keçirilən səs-küylü hadisə ilə bağlı onlara dəyən mənəvi zərərin ödənilməsini tələb ediblər.  

İddia, əvvəlki kimi, aktyor Aleksandr İnşakov və onun fikrini dəstəkləyən bir qrup şəxs tərəfindən qaldırılıb.  

Əvvəl də o, Moskvanın Xamovniki Məhkəməsində İvleyevaya qarşı iddia qaldırmışdı, lakin cavabdeh Xamovniki rayonunda yaşamadığı üçün ona rədd cavabı verilmişdi. İddia ərizəsində İnaşkov Nastya İvleyevanın təşkil etdiyi gecənin ona və digər iddiaçılara ciddi mənəvi zərər verdiyi bildirilib.  

İnşakov İvleyevadan 1 milyard pul tələb etməyi, həmçinin həmin vəsaiti “Vətənin Müdafiəçiləri” xüsusi hərbi əməliyyatının iştirakçılarına dəstək üzrə dövlət fonduna köçürməyi öhdəsinə götürüb.  

O, həmçinin İvleyevanın Rusiyada mədəni tədbirlər keçirməsinə qadağa qoyulmasını tələb edib. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin sözügedən gecənin keçirilməsinə qarşı çıxıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin