Aktyor və rejissor Kənan Mahmudovun Moskvada uşaqlıq dostu Vadim Qenadiyeviçlə görüş videosu sosial şəbəkədə gündəm olub.
Bizim.Media xəbər verir ki, görüntülərdə Kənanın “Qırmızı meydana necə gedə bilərəm?” sualına Vadimin gözlənilmədən Naxçıvan ləhçəsi ilə cavabı görənləri təəccübləndirib.
Vadim Kənanın sualına “Mən sizin aksentinizdə bildim ki, siz azərbaycanlısınız. Qardaş, bir dənə belə edirsən... Buradan bir dənə düz gedirsiniz. Dönürsən sağa, Qırmızı Meydandır” sözləri ilə cavab verib.
Mahmudov “Azərbaycanlısan?” sualına Vadim “Bəli, Naxçıvanlıyam, özü də “zırından”” cavabını verib.
Qeyd edək ki, Vadim Qenadiyeviç Naxçıvanda dünyaya gəlib. O, milliyətcə rusdur. 25 il bundan əvvəl ailəsi ilə Moskvaya köçüb.
Rəşad Əliyev, Bizim.Media