Əməkdar artist Elza Seyidcahan üz-üzə gəldiyi ibtidai sinif müəlliminin hərəkətindən əsəbiləşib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda bir müəllimin "Azərbaycan" sözünü düzgün formada tələffüz etmədiyi üçün onu efir vasitəsi ilə biabır edib.
"Qadına deyirəm ki, sənin övladın niyə danışanda "Qarabağ Azərbay"dza"ndır" söyləyir. Bu kəlmə Ali Baş Komandandan bizə şüardır. Qadına sual verirəm ki, niyə uşağın sözü düzgün şəkildə tələffüz etmir, axı əsəblərim korlanır. Sual verirəm ki, sən özün hansı sahədə işləyirsən? Düşündüm ki, bəlkə qadın ev xanımı olar. Amma dedi ki, ibtidai sinif müəllimidir. Bunu eşidəndə söylədim ki, sənin qolundan tutub mitilini ataram bayıra. Dedim ki, indi səhnəyə çıxıb söyləyəcəyəm ki, sənin simanda olan belə müəllimlər uşaqları pozurlar. Sizin ixtiyarınız yoxdur ki, ana dilimizi korlayasınız.
Bahalı telefonları iki-iki alırsınız əlinizə, altınıza avtomobil alıb qoyursunuz, bütün günü üzünüzü süni gellərlə doldurursunuz, amma danışanda "Qarabağ Azərbay"dzan"dır" deyirsiniz. Belə etməklə, gözdən yerə, ayaq altına düşürsünüz. Mənə deyirlər ki, "Olar sizinlə şəkil "tsəkdirək"?" Bunların biz əlindən hara gedək? Cavab verirəm ki, "tsəkdirək" “yox" çəkdir. Bu bir biabırçılıqdır".
- A-
- A
- A+
Şoutaym
21:42 / 15.01.2024
Elza QƏZƏBLƏNDİ: "Az qaldım o müəllimin mitilini bayıra atım" - VİDEO
Hazırda oxunan: Elza QƏZƏBLƏNDİ: "Az qaldım o müəllimin mitilini bayıra atım" - VİDEO
Hazırda oxunan: Elza QƏZƏBLƏNDİ: "Az qaldım o müəllimin mitilini bayıra atım" - VİDEO
173555
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.