Şəbnəm “onunla 10 il birgə yaşamışıq” deyən şəxsdən DANIŞDI: "Üzr istədi" - VİDEO

Hazırda oxunan: Şəbnəm “onunla 10 il birgə yaşamışıq” deyən şəxsdən DANIŞDI: "Üzr istədi" - VİDEO

173544

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) “onunla 10 il birgə yaşamışıq” deyən şəxs barəsində ilk dəfə açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Xəbəriniz var?" maqazin verilişində danışıb.

Şəbnəm bildirib ki, həmin insanla illərlə toylara gedib və yalan sözlər danışdığı üçün o şəxs üzr istəyib:

"Həmin şəxs oyrədilmişdi. Onun özü ilə danışıldı. O, dediyi sözlərə görə, üzr istədi. Söylədi ki, “ilk dəfə idi ki, efirə çıxırdım və səhv elədim”. Gərək bu kimi şeylər olmazdı. 

Onunla illərlə toylara, məclislərə getmişik. Elə şeylər var ki, bunları demək olmaz. Öyrətsələr belə,... Axı nə qazandınız? Siz yenə yoxsunuz. Amma Şəbnəm yenə Şəbnəmdir. Sadəcə insanlar bir-birinə hörmət saxlamalıdır. 
Qəlb qırmaq Allahın sevmədiyi bir məsələdir. Həmin şəxslə mən özüm danışmadım. O, bir bəy üçün yaraşmayan sözlər dilə gətirdi. Belə şeyləri bir bəy etsə belə, danışmamalıdır. Amma etməyə-etməyə danışdığı üçün insanlar tərəfindən çox qınanıldı. Olunan zəngdə də o insan səhvini anlayıb, üzr istədi. Əvvəlcə düşündük ki, bunu kamera önündə etsin, sonra isə buna gərək görmədik. İstəmədik bu məsələni böyüdək".
 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin