Aparıcı Xoşdəqəm Hidayətqızı növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, Xoşqədəm aparıcısı olduğu “Səni axtarıram” ictimai-sosial verilişində övladlarından narahat olduğunu dilə gətirib.
“Əvvəl deyirdim, xoşbəxtəm ki, oğlum var. İndi onlar üçün çox narahatam. Deyirəm ki, qarşılarına kim çıxacaq? Birdən onda həyatlarında olmaram. Kimsə balamı belə əzərsə, o dünyada yanaram”, - deyə Xoşqədəm vurğulayıb.
Qeyd edək ki, Türkiyəli müğənni Doğuşla ailəli olan X.Hidayətqızının bu evliliyindən Arın və Arda adlı əkiz övladları var. İlk nikahından isə Xoşqədəmin daha bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media