Brilliant Dadaşova: “Lalə Məmmədova səhvini başa düşdü” - VİDEO

Hazırda oxunan: Brilliant Dadaşova: “Lalə Məmmədova səhvini başa düşdü” - VİDEO

172084

“Nağıllarda da görürsünüz ki, şeytan min dənə cildə girir. Min cildə girən insanlardan mən çox qorxuram. Hərdən mənə deyirlər ki, sən də onlar kimi ol. Sən çıxırsan qazetlərdə, televiziyada, radioda hisslərini dilə gətirirsən. Onlar altdan həmin işləri görürlər. Mən belə etsəm, gecə yata bilmərəm. Çünki şəxsiyyətim buna əsla yol verməz”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

Xalq artisti illərlə küsülü olduğu Əməkdar artist Lalə Məmmədova ilə münasibətlərindən söz açıb: 

“Lalə ilə həyatda mən tanış deyildim. Sadəcə televizora baxıb, görürdüm ki, bir qız oxuyur və “xırdalıqları” gözəl edir. Lalənin çox yaxşı sənəti var. Mənim “xırdalıqlarımı” etmək hər adamın da işi deyil.  Sonra gördüm ki, Lalə o etdiyi “xırdalıqlara” görə, özünə müəllim kimi başqasının adını çəkir. Məndə kənarda dayandım. Lalə efirə çıxıb haqqımda xoşaqəlməz şeylər danışırdı. Bunu isə o bir neçə dəfə təkrar etdi. Ondan sonra anladım ki, mənlik deyil... Amma yenədə Lalə öz səhvini başa düşdü. Sağolsun...” 

Dadaşova bildirib ki, Məmmədova ilə ortaq stilist dostları Elnur Həsənovun gözəllik mərkəzində üz-üzə gəlsələr də, Lalənin barışıq addımını orada deyil, məhz ad günündə atmasını təəccüblə qarşılayıb: 

“Stilist Elnur Həsənovun gözəllik salonunda çox oluram. Lalə də oraya tez-tez gəlir. Hətta biz orada da bir-birimizi görürdük. Amma salamlaşmırdıq. Münasibətimiz yox idi. Ad günümə Lalənin gəlməsinə çox təəccübləndim. Çünki o, Elnurun salonunda məni dəfələrlə görürdü.

Hətta mən orada Elnurla tək otaqda olanda belə, o, yanıma gələ bilərdi. Amma bunu məhz ad günümdə etdi. Yəqin bunu lazım bilib. Lalə ad günümə gələndə çox yorulmuşdum. Artıq gecə saat 00:00 idi. İndi aramızda “salam-sağolumuz” var. Lalə ilə görüşüb, qucaqlaşıb, öpüşürük.
Mən gördüm ki, Lalə səhvini başa düşdü. Ruslar demişkən “Лучше поздно, чем никогда” (Gec olsun, güc olsun). Laləyə nə etmişdim? Mən oxumuşdum. Kimsə isə məndən öyrənirsə... Jurnalistlər Lalənin üstünə gedib deyirdilər ki, sən Brilliant Dadaşovanı təqlid edirsən. Burada mənim nə təqsirim var? Mən nə edim ki?”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin