“Rəqsanə cılız insan deyil ki, Təranə (hazırda həbsdə olan prodüser Təranə Səmədova – red.) ilə qalmaqal etdikdən sonra onun uşaqları ilə düşmənçilik aparsın. Yəni anasının çəkdirdiyini balalarından çıxsın. İnanmaram buna. Rəqsanənin Təranənin iki uşağını götürüb yanında saxlamasını alqışlayıram. Rəqsanə qoymadı ki, Təranənin övladları uşaq evində qalsın”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.
Sənətçi, hazırda həbsdə olan keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədovanın qızı Suelin ondan imtina etməsi məsələsindən söz açıb:
“Allah Təranənin qapısını açsın və ona həbsxanada biraz ağıl versin. Bir uşağın valideynindən imtina etməsi, valideynin ölən günüdür. Yəni sən ölmüsən. Deyirlər ki, “Edir analar-atalar, çəkir balalar”. Eləyib anası, indi də yazıq balaları çəkir. Mən Suelin anasından imtina etdiyini söylədiyi kadrlara baxanda gözlərim doldu, çox pis oldum. Öz övladım gözümün önünə gəldi. O gündən məni uzaq et, o gün mənə ölüm ver”.
Abbasov vurğulayıb ki, həmkarı Rəqsanə İsmayılova kimi Təranə Səmədovanın övladlarına heç zaman “yiyə çıxa” bilməz:
“Xeyr, Rəqsanənin elədiyini mən etməzdim. Çünki, evimdə oğlan uşağı var. Təranənin iki uşağı da qızdır. Mən uşaqların anası Təranə Səmədovanı tanıdığıma, hansı xasiyyətə malik olduğuna və gələcəkdə ondan nə bəlalar görə biləcəyəm deyə heç zaman bu addımı atmazdım. Bilirəm ki, Rəqsanə ilə Təranənin davaları qabaqdadır. Rəqsanə uşaqlara sahib çıxdığına və elədiyi yaxşılıqlara görə çox peşman olacaq. Hələ ki... Olmasın təki, amma mən Təranəni çox yaxşı tanıyıram. Ona görə də bu fikirdəyəm. Mən yardım etməyə hazıram. Mən Təranənin qızı Suelə və Adelə çox yaxşılıqlar eləmişəm, eləməyə də hər an hazıram”.
Sosial şəbəkə əhlinin Suelin atasının Kərim olması və bununla bağlı onun ünvanına yazılan təhqir dolu şərhlərə Abbasov sərt şəkildə cavab verib:
“Arada sosial şəbəkələrdə yazılan şərhləri oxuyuram. İstəmirəm ki, insanların beynində bu şeylər qalsın. Mənim Təranədən övladım yoxdur, olmayıb. Onun qızı Suel mənim qızım deyil. Mən gərək ən şərəfsiz ata olardım ki, o mənim qızım olduğu təqdirdə ona atalıq etməsəydim. Bəsdirin, yığışdırın bu kəlimələri... Suelin atasının kimliyi hamıya artıq bəllidir. Məndən əlinizi üzün! “Sən yaxşı ata olsaydın, qızın Suel ortalıqda qalmazdı” kimi şərhləri də özünüzə saxlayın. Mən çox yaxşı kişiyəm. Siz kişi olun, kişi kimi şərhlər yazın. Mən övladımı atacaq qədər şərəfsiz ata, insan deyiləm. Mənim övladım isə bir dənədir. O da mənim oğlumdur. Mənim başqa qadından övladım yoxdur”.
Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.
2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq, sərbəst buraxılmışdı. Hazırda Suel müğənni Rəqsanə İsmayılovanın bacısı Adel isə Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən müəssisədə qalır.
- A-
- A
- A+
Şoutaym
09:55 / 03.01.2024
Kərim Abbasov: “Rəqsanə Təranənin övladlarına sahib çıxdığına görə çox peşman olacaq” - VİDEO
Hazırda oxunan: Kərim Abbasov: “Rəqsanə Təranənin övladlarına sahib çıxdığına görə çox peşman olacaq” - VİDEO
Hazırda oxunan: Kərim Abbasov: “Rəqsanə Təranənin övladlarına sahib çıxdığına görə çox peşman olacaq” - VİDEO
171840
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.