Yeni ilin ilk günündə Cennifer əri Benlə DALAŞDI, sonra isə... - FOTO

Hazırda oxunan: Yeni ilin ilk günündə Cennifer əri Benlə DALAŞDI, sonra isə... - FOTO

171760

2024-ci il tətilini Karib dənizində, Sent-Bartelemi kurortunda keçirən dünya şöhrətli məşhur cütlük Ben Afflek və Cennifer Lopez gərgin söhbət zamanı yenidən paparassilərin obyektivinə tuş gəlib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Ben Cenniferə hədiyyə seçmək üçün müğənni arvadı ilə birlikdə Qustaviyadakı zərgərlik butikinə yollanıblar.

Lopez zinət əşyalarını üzərinə taxıb. Əri Afflek isə səbirlə ona kömək edib və şəkillərini çəkib. 

Lakin alış-veriş zamanı cütlük gözlənilmədən mübahisə etməyə başlayıb. 

Qaşqabağı "yerlə gedən"  Ben əsəbi üz ifadəsini Cenniferə göstərib. Bu halı ilə aktyor müğənni arvadına nəyisə izah etməyə çalışıb. Həmin anları diqqətdən kənar qoymayan paparassilər dərhal işə keçiblər və cütlüyün dalaşan yerdə şəkillərini lentə alıblar.

Qısa və olduqca qərgin söhbətə baxmayaraq, Ben tezliklə iPhone ilə həyat yoldaşını lentə almağa davam edib və sonra tamamilə rahatlaşıb. Bir neçə dəqiqədən sonra cütlük artıq mehribancasına qucaqlaşıb öpüşməyə başlayıb. Onlar daha sonra əl-ələ tutaraq alış-verişlərinə davam ediblər. 

Cütlüyün dalaşıb sonra isə barışdığı fotolar sosial şəbəkələrə yayılar-yayılmaz izləyicilərin "dillərinə" düşüb. Onlar Beni tez-tez Cenniferlə dalaşmasına qarşı çıxıb, tənqid ediblər. 

Qeyd edək ki, son zamanlar Ben arvadının yanında olanda tez-tez bədbəxt görünür. Hər halda paparassilərin fotolarından belə nəticə çıxarmaq olar. Ulduz cütlüyün pərəstişkarları əmindirlər ki, bunun Cenniferlə heç bir əlaqəsi olmayan bir çox məsələlər var. Belə ki aktyor media tərəfindən ona olan həddindən artıq diqqəti sevmir. Bununla belə sosial şəbəkə əhli ulduz cütlüyün evliliyinin təhlükə altında olduğunu yazır.




























Rəşad Əliyev, Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin