Xalq artisti Röya: “Pulsuz heç bir məclisə getmirəm” - VİDEO

Hazırda oxunan: Xalq artisti Röya: “Pulsuz heç bir məclisə getmirəm” - VİDEO

171725

“Heç zaman pulsuz konsert vermərəm!” 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

Sənətçi bildirib ki, qonorar almadan heç bir məclisə getmir:  

“Ümumiyyətlə heç bir dəvətlərə və məclislərə pulsuz getmirəm. Əvvəllər gedirdim, sonra isə getmədim. Qarşıma çıxan bütün problemləri özüm həll edəndən sonra… Məsələn, yolda başıma bir hadisə gəlsə, özüm həll edirəm. Kommunal məsələlərlə bağlı problemlərim yarananda da özüm həll edirəm. Niyə kiminsə məclisini pulsuz oxumalıyam? Özüdə pulsuz olanda çox ağır olur. Məclisi və ya dəvəti edən şəxs gərək mənə hədiyyə alsın. O hədiyyə isə gərək bahalı olsun. Mən özüm jest edən bir xanımam. Əlbətdə ki, kölnüm istəyən yerə özüm gedirəm. Amma əgər mən istirahət edirəmsə, məni öldür heç bir pula evdən çıxıb, gedib oxumaram. O iş əgər əvvəlcədən yazılmayıbsa qapıdan çölə çıxmaram. Nə olursa olsun… Qonorarsız o yerə gedərəm ki, dostlarım, əzizlərim var orada… Onları tez-tez görürəm və ya onun ehtiyacı var. Onda oradan evimə gəlib çox rahat yatıram. Çünki onun ehtiyacı var idi mənə, məndə rahat oluram ki, o sevinci ona bəxş edə bildim”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin