Xalq artisti Aygün Kazımova və həmkarı Zülfiyyə Xanbabayeva bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, paxtaxtın dəbdəbəli restoranlarının birində səhnə alan hər iki ulduz səhnədə səmimi ünsiyyətləri ilə diqqət çəkiblər.
Belə ki, "Parol" mahnısını ifa edən Aygünü görən Zülfiyyə səhnəyə qalxaraq, həmin nəğməni onunla birgə oxuyub.
Kazımova ilə Xanbabayevanın səhnədəki perfomansı qonaqlar tərəfindən coşqu və rəğbətlə qarşılanıb. Onların bu çıxışı lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın səhnədəki gözlənilməz duetini sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media