Ənənəvi olaraq, hər il olduğu kimi 2024-cü ilin ilk dəqiqələrində Azərbaycan Televiziyası (AzTV) “Tarix və müasirliyin harmoniyası” adlı Yeni il konsertində Xalq artisti Zeynəb Xanlarova çıxış edib.
Bizim.Media xəbər verir ki, 87 yaşlı əfsanəvi sənətkar bayram şousunda “Mələyimsən”, “Görəcəksən”, “Azərbaycanım” mahnılarını ifa edib.
Xalq artisti Yeni il efirinə firuzəyi libasda qatılıb. Xanlarovanın hər zaman olduğu kimi, budəfəki çıxışı böyük rəğbət və heyranlıqla qarşılanıb.
Zeynəb Xanlarovanın AzTV-dəki coşqu dolu çıxışını sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media