Xalq artistləri Faiq Ağayev və Zülfiyyə Xanbabayeva 22 il davam edən küsülülüyə son qoyublar.
Bizim.Media xəbər verir ki, bu haqda Faiq qonaq olduğu "10-da görüşək" səhər verilişində danışıb.
Ağayev Xanbabayeva ilə barışdığını belə nəql edib:
"6 ay əvvəl konsertlərin birində həmkarım Zülfiyyə Xanbabayeva ilə barışdıq. 22 ildən sonra münasibətlərimiz düzəldi. O dönəmdə bir xəbər yayıldı ki, Dəniz adlı bir abituriyent İngiltərənin universitetlərinin birinə daxil olub. Elə gözəl imtahan verib ki, ondan təhsil pulu almayıblar.
Əksinə deyiblər ki, biz sizə təqaüd verəcəyik. Qızın isə adı Dəniz idi. Mən də bilirdim ki, Zülfiyyənin qızının adı Dənizdir. Fikirləşdim ki, Dəniz də o yaşda olar. Zülfiyyə ilə yanbayan oturmuşdum, ona sual verdim ki, "Sənin qızındır o? Fəxr edirəm onunla".
Cavab verdi ki, "Nə?" Əhvalatı danışdım ona. Zülfiyyə söylədi ki, “xeyr, o, mənim qızım deyil. Dəniz hələ 9-cu sinifdə oxuyur”. Söylədim ki, Dənizin də belə gözəl bəxti olsun. O da xarici ölkəyə getsin, orada universitetə daxil olsun və tələbə təqaüdünü xarici ölkə versin.
O zamandan bəri biz Zülfiyyə ilə tədbirlərdə görüşürük, salamlaşırıq. Həyatın bilməyən tərəfləri var. Kimdənsə, biz müvəqqəti uzaqlaşırıq, kimdənsə, birdəfəlik uzaqlaşdırıq. Bizim Zülfiyyə ilə yəqin uzaqlaşmağımız müvəqqəti idi. Düzdür bu uzaqlaşmaq 22 il çəkdi, amma istər-istəməz insanın ürəyində ləkə qalır. Arada olan anlaşılmazlıq itən kimi onunla ağırlıqda və ləkə də gedir".
- A-
- A
- A+
Şoutaym
18:09 / 30.12.2023
Faiq Ağayev: "22 il küsülülükdən sonra Zülfiyyə Xanbabayeva ilə barışdım" - VİDEO
Hazırda oxunan: Faiq Ağayev: "22 il küsülülükdən sonra Zülfiyyə Xanbabayeva ilə barışdım" - VİDEO
Hazırda oxunan: Faiq Ağayev: "22 il küsülülükdən sonra Zülfiyyə Xanbabayeva ilə barışdım" - VİDEO
171438
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.