Şanson mahnılarının mahir ifaçısı Cəlal Abbasov Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “Привет, Андрей!” (Salam, Andrey) verilişində qonaq olub.
Bizim.Media xəbər verir ki, sənətçi proqramda mərhum əfsanəvi müğənni Rəşid Behbudovun “Я встретил девушку” (Mən bir qızla tanış oldum) mahnısını səsləndirib.
Digər qonaqlar da Cəlalın ifasına qoşulub və məşhur mahnını birlikdə oxuyublar.
Rusiyanın Xalq artisti Yuri Antonov Cəlal haqqında "Düzünü desəm, bu qədər gözəl oxuyacağını gözləmirdim, bu, məni təəccübləndirdi” sözlərini dilə gətirib.
Qeyd edək ki, daha əvvəl “Привет, Андрей!” verilişində Xalq artisti Əlixan Səmədov iştirak edib. O, verilişin aparıcısı Andrey Malaxova balaban hədiyyə verib.
Rəşad Əliyev, Bizim.Media