Müğənni Yeganə Akbudakın (Mürsəlova) həyat yoldaşı, Türkiyə vətəndaşı Fatih qəza keçirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi qonaq olduğu "Həmin Zaur" verilişində deyib.
Yeganə bildirib ki, qəza baş verən zaman avtomobildə olan digər şəxs dünyasını dəyişib:
"Maşını həyat yoldaşım idarə edirdi, qarşıdan gələn avtomobillə toqquşublar. Yanında oturan dostu vəfat edib. 6 yaşında uşağı qaldı. Neçə gündür özümdə deyiləm. Həyat yoldaşımın bədənində çox sınıq var. Onda günah olmayıb, qarşı tərəfdən gələn maşın qırmızı işıqda onların üstünə çıxıb".
Qeyd edək ki, Fatih və Yeganə cütlüyünün bir oğul övladı var.
Rəşad Əliyev, Bizim.Media