“Çılpaq” gecədə iştirak edən Kirkorovun fəxri adı əlindən alına bilər - VİDEO

Hazırda oxunan: “Çılpaq” gecədə iştirak edən Kirkorovun fəxri adı əlindən alına bilər - VİDEO

171132

“Budur, çox sağ ol, əlvida. Həyatımıza davam edirik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiyanın Xalq artisti Filipp Kirkorov məkanların birində çıxarkən “Mash” teleqram kanalına qısa açıqlamasında deyib. 

Kirkorov Mədəniyyət Nazirliyinə Rusiya Federasiyasının Xalq artisti titulundan məhrum edilməsini tələb etdikdən sonra kömək üçün vəkillərə müraciət edib. 

Məlumata görə, rus pop kralı qalmaqallı məsələ ilə bağlı yardım almaq üçün köhnə tərəfdaşları - Semenov və Pevznerin yanına gəlib. Bu ofis ona Rusiyada “Warner Music” musiqi etiketi ilə müqavilə bağlamağa kömək etdi. Sənətçi binada bir saat vaxt keçirdikdən sonra narazı və kədərli sifətlə küçəyə çıxıb. Həmin iclasda “Xalq artisti” adının ləğv edilməsinin mümkünlüyü, onun iştirakı ilə konsertlərin ləğvi, film-televiziya proqramlarının çəkilişi ilə bağlı məsələlər müzakirə olunub. 

Maşına yaxınlaşan Kirkorov onu müşayiət edən tanışlarına təşəkkür edərək bu sözləri söyləyib:

“Yaşayırıq”. Müxbirə açıqlama verməkdən boyun qaçıran sənətçi avtomobilinə əyləşərək məkandan uzaqlaşıb. 

Qeyd edək ki, dekabrın 21-də Moskvanın “Mutabor” klubunda baş tutan “çılpaq” şənlik yarıçılpaq və alt paltarında gələn məşhurlara baha başa gəlib. İctimai fəallar İvleyevanı və tədbirdə iştirak edən ulduzların hamısını cəzalandırmağa çağırış ediblər. Gecədə iştirak edən Filipp Kirkorov və Lolita Milyavskayanın Yeni İl televiziya şoularından çıxarılması tələb olunub.

Partiyada LGBT təbliğatı aşkar edilib. Kirkorov, Dima Bilan, Kseniya Sobçak, Lolita Milyavskaya və İvleyevanın özü açıq şəkildə üzr istəyib, lakin bunun onlara kömək edib-etməyəcəyi hələ məlum deyil. İvleyevanın özü artıq böyük müqavilələrini itirib, Rusiyadan və xalqdan onu bağışlamağı xahiş edib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin