Səidə Dadaşova: “Brilliant xanıma qarşı kinim yoxdur” - VİDEO

Hazırda oxunan: Səidə Dadaşova: “Brilliant xanıma qarşı kinim yoxdur” - VİDEO

171104

Müğənni Səidə Dadaşova küsülü olduğu xalası, Xalq artisti Brilliant Dadaşova ilə münasibətlərindən söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “7 tamam” verilişində danışıb. 

“Kinli insan deyiləm. Brilliant xanıma qarşı kinim yoxdur. Brilliant xanım siz sənətkarsınız. Hər bir yerdə səsiniz, iziniz həmişə var olacaq. Sənətkar unudulmur. Mən Brilliant xanımın sənətini, səsini, avazını çox sevirəm. Əti dırnaqdan ayırmaq olmaz.  Canı candan ayırmaq olmaz. Mən ona hər zaman hörmətlə yanaşmışam. Hər yerdə ona olan hörmətini nümayiş edirəm. Ümüdvaram ki, hörmətini doğrulduram. Bəzən soruşurlar ki, Brilliant xanımın mahnılarına müraciət edirsiniz? Deyirəm ki, əlbəttə, edirəm. Yaxşı ki, varsınız”, - deyə sənətçi bildirib.

Səidə xalası B.Dadaşovanın ona olan nəvazişindən bəhs edib: 

“Brilliant xanımın mənə hər zaman nəvazişi olub. Ən yadda qalan nəvazişi isə məni “Bülbül” adına fortepiano məktəbinə aparması olub. Mənim Brilliant xanıma qarşı küskünlüyüm yoxdur”. 
Qeyd edək ki, Səidə Dadaşova mərhum Xalq artisti Rafael Dadaşovun qızıdır. O, anası Sədaqətlə küsülüdür. Sədaqət isə Xalq artisti Brilliant Dadaşovanın bacısıdır. Rafael ilə Sədaqətin üç övladı var.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin