Əməkdar artist Cavanşir Məmmədovun qız nəvəsi Rəfiqənin nişanı olub.
Bizim.Media xəbər verir ki, bu haqda sənətkarın nəvəsi sosial şəbəkə hesabında məlumat verib.
Rəfiqə Rüfət adlı bəylə ailə qurmağa hazırlaşır. O, nişan mərasimindən görüntülərini izləyiciləri ilə bölüşüb.
C.Məmmədov ötən axşam qonaq olduğu “7 tamam” verilişində bildirib ki, 21 yaşlı qız nəvəsi Rəfiqə universitetdə təhsil alır. Onun aylar əvvəl kiçik “Hə” məclisi olub, bu günlərdə isə nişanı olub. Toyu isə gələn ilə təsadüf edəcək.
Rəşad Əliyev, Bizim.Media