Ağamirzə həmkarlarını "yıxıb-sürüdü": "Yalançıdırlar!" - VİDEO

Hazırda oxunan: Ağamirzə həmkarlarını "yıxıb-sürüdü": "Yalançıdırlar!" - VİDEO

170768

Meyxanaçı Ağamirzə Məmmədov efirdə həmkarlarından gileylənib.

Bizim.Media xəbər verir ki, sənətkar bununla bağlı qonaq olduğu "Xəzər axşamı" verilişində danışıb.

Söz xiridarı Ağamirzə həmkarlarını yalan danışmaqda ittiham edib. O bildirib ki, onlar efirlərdə yalandan yataq xəstəsi olan Ağakərimə (meyxanaçı Kərim Novruzov) baş çəkdiklərini söyləyirlər:

"Onlara "dost" deyə müraciət edəndə ürəyim ağrıyar. Onlara "dost" olmaz demək. Çıxıb orada-burada danışırlar ki, "belə elədik", "belə xəbər tutduq", amma 95 faizi yalandır. Onlar içində barmaq sayılacaq həqiqətən də dost sözünə layiq meyxanaçılar var ki, xəstə olan həmkarlarımızdan xəbər tutub, onlara baş çəkirlər. 40 gündür ki, meyxanaçı dostumuz Xəyyamın adını çəkirəm. Mehman Əhmədli və Namiq Qaraçuxurlu qardaşımız Xəyyamla çox maraqlanırlar. Dedim ki, Xəyyama dəstək olaq. Halbuki, Xəyyam dəstək istəmir. Deyir ki, “mənə heç nə lazım deyil”. Özümüz bank kredit kartı ayırmışıq... Heç kim məndən soruşmadı ki, “bu kart kimdədir və haraya göndərək”. Onlardan yalnız bir-iki nəfər maraqlanıb. 

Amma Xəyyama nə isə olsa, hamı başlayacaq bir ağızdan deməyə ki, bəs Xəyyamdan yoxdur. Və ya söyləyəcəklər ki, "Bilirsən, mən Xəyyam üçün nələr eləmişdim..." Xəyyam öləndən sonra bu kimi söhbət gedəcək. Hamısı yalandandır... Deyirəm ki, dost yoxdur, mənə inanmırlar. Vicdanım haqqı, mənim üçün şəxsən bir dost var. Onun adı Allahdır!  Və bu qədər... 
Dediyim bu sözləri isə zaman gələcək, nə vaxtsa özünüz dərk edəcəksiniz. Gecə saat 4-ün yarısı qardaşıma deyə bilmirəm ki, böyrəyim ağrıyır. Amma Allaha deyirəm. O isə eşidir məni. Bir sözlə, bir mən varam, bir də Allah".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin