Əməkdar artist Mətanət İsgəndərli ilk dəfə təmirdən çıxan yeni evini nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, “Space star” verilişinin heyətini mənzilində qonaq edən sənətçi bildirib ki, 4 otaqdan ibarət olan evdə onun üç nəvəsi ilə yanaşı oğlu Kərim və onun ikinci dəfə ailə qurduğu xanımı yaşayır.
Otaqların birində oğlan nəvələri Tuncayla, Ruhlan, digər otaqda qız nəvəsi Mətanət, üçüncü otaqda isə Kərim və xanımı qalır.
Mətanət oğlu Kərimin ilk evliliyindən dünyaya gələn üç nəvəsini özünün övladları hesab etdiyini vurğulayıb:
“Zəhmətkeş insanam. Bu ev 140 kvadratlıqdır. Bir də mənim lap əvvəldən tikilən yeni binaların birində mənzilim var. Oranın lifti bərbad vəziyyətdədir. O evi də kreditlə götürmüşdüm. Allahın bağı belə məndə yoxdur. Hər hürənə daş atsan canın qalmaz. Mən kimlərdən ötrü niyə yalan danışıb axırətimi heç edim? Yenicə bu evə köçmüşük. Hardasa bir ay olar. Burada övladım və nəvələrimlə yaşayıram. Hər deyilən sözə inanmayın”.
Qeyd edək ki, Mətanətin keçmiş gəlini Canana bir neçə həftə əvvəl oğlu Tuncayın "ögey ana" tərəfindən evə buraxılmadığının görüntülərini sosial şəbəkədə yayaraq, yenidən "gəlin-qayınana" qalmaqalını alovlandırıb.
Rəşad Əliyev, Bizim.Media