Azər Axşam: "Fərda aktyordursa, onda mən kiməm?" - VİDEO

Hazırda oxunan: Azər Axşam: "Fərda aktyordursa, onda mən kiməm?" - VİDEO

170434

Aktyor Azər Axşam həmkarı Fərda Amin ilə bağlı qalmaqallı açıqlama verib.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "10-da görüşək" səhər verilişində Fərdanı aktyor saymadığını söyləyib.

"Bu sənətdə aktyorlar sırf peşəkarlar sayılır. Türkiyədə çox gözəl söz var "oyuncu", bir də var aktyor. Hər kəs "oyuncu" ola bilər, amma hər kəs aktyor ola bilməz. Əgər mən Fərdaya aktyor deyirəmsə, onda mən kiməm? Mən aktyorluq peşəsinin təhsilini almışam, bu sənətə yiyələnmişəm, müəllimlərdən dərs almışan, bu sənətin diplomunu almışam. Ona görə də, aktyor adını qazanmışam. 

Onlar isə aktyor yox, "oyucu"durlar. Onlar bu sənətə kənardan gəliblər. Yəni Mədəniyyət və İncəsənət Universitetinin Dram Teatr aktyorluğunu və ya Musiqili Komediya Teatr aktyorluq fakultəsini bitirməyiblər.

Misal üçün mən Konservatoriyanı bitirməmişəmsə, amma musiqi aləmində istedadlıyam... Konservatoriyanı bitirməmişəmsə, mən peşəkar musiqiçi sayıla bilərəm? Bütün sənətlər istedadla başlayır. Amma bir də var ki, onu peşəkar səviyyəyə çatdırmaq. Bu, onun elmini öyrənməkdir. 
Bu, o anlama gəlmir ki, Fərdanın istedadı yoxdur. Xeyr, sözlərim səhv anlaşılmasın. Misal üçün bu gün aktyoram və rejissorluğa başlayıram. Gör, mən neçə müddət işləməliyəm və elə bir işlər görməliyəm ki, rejissor adına layiq görülüm. Haraya da fırlansan sən rejissorluğun sirrlərini öyrənməlisən", - deyə Azər vurğulayıb.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin