Acun İlıcalı Adnan Oktarla bağlı iddialara CAVAB VERDİ 

Hazırda oxunan: Acun İlıcalı Adnan Oktarla bağlı iddialara CAVAB VERDİ 

170200

Türkiyəli iş adamı, “TV8” kanalının rəhbəri Acun İlıcalı bir sıra cinayətlərdə ittiham edilərək həbs edilən təriqət lideri Adnan Oktarla əlaqəsinin olması barədə iddialara aydınlıq gətirib. 

Bizim.Media xəbər verir ki, A.Ilıcalı bu barədə jurnalist Enver Ayseverin verilişində danışıb.  

Acun İlıcalı isə barəsində mediada paylaşılan görüntüləri şərh edib:

“Həmin vaxt 19 yaşım vardı. Həmin vaxt valideynlərim dünyasını dəyişmişdi. Müəyyən müddət özümə yaxın hiss etdiyim dostlarımla birlikdə onunla ünsiyyətimiz olub. Daha sonra olduğum mühiti sevmədiyimdən onları tərk etdim. 35 il əvvəl idi. Adnan Oktarı 1-2 il görmüşəm. 35 ildir onu görmürəm, əlaqəm də olmayıb. Axmaqlıqları gördükdə onları tərk etdim. Din və mənəviyyatın gözəl bir şey olduğu, yaxşı insan olmağın gözəl olduğu barədə danışılırdı. Buna görə diqqətimi çəkmişdi. Orada yaxşılıq, gözəllik və dostluqdan bəhs edilirdi”. 

İlıcalı sözügedən fotonun isə Anıtqəbirdə çəkildiyini qeyd edib.  

Xatırladaq ki, 2018-ci ildə əməliyyat zamanı saxlanılan və həbs edilən Adnan Oktar təşkilata rəhbərilik, cinsi istismar, təhsil hüququna əngəl olmaq, işgəncə və digər cinayətlərə görə 891 il müddətinə azadlıqdan məhrum edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin