Zümrüdün fikirləri Zauru özündən çıxardı: “Onun bu sözlərindən havalandım” – VİDEO 

Hazırda oxunan: Zümrüdün fikirləri Zauru özündən çıxardı: “Onun bu sözlərindən havalandım” – VİDEO 

170109

Aparıcı Zümrüd Bədəlovanın “Bir kişinin sizin yanınızdan getməsini istəyirsinizsə, onu həddindən artıq sevin, dəyər verin, hər şeyin ən gözəlini ona təklif edin, xəyanət etməyin, aldatmayın, sadiq qalın. Belə etsəniz, kişi özü çıxıb gedəcək. Kişilər onları sevən, sadiq olan xanımları tərk edib, gedirlər” fikirləri qalmaqala səbəb olub. 

Bizim.Media xəbər verir ki, aparıcı Zaur Nəbioğlu qonaq olduğu “Tarixin bir günü” verilişində həmkarının bu sözlərini sərt şəkildə tənqid edib. 

“Bu xanımın bu cür fikir səsləndirməsi çox ayıbdır. Bu nə deməkdir, axı? Siz efirdə nəyi təbliğ edirsiniz? Öz verilişimdə hər şeydən danışıram. Amma müəyyən məsələlər var ki, o haqda danışmıram. Biz bəzi insanları qınayırıq ki, onların nələrisə yoxdur, amma danışırlar. Bu fikirləri gördüm, havalandım. Bir xanım necə deyə bilər ki, “əgər kişinizin yanınızdan getməsini istəyirsinizsə, ona sadiq olun və xəyanət etməyin.

Axı bu nə açıqlamadır?

Mənim Zümrüdün xanımlığına və aparıcılığına sözüm yoxdur. Bəlkə də Zümrüd belə demək istəməyib, amma çox pis düşünüldü. Onun sözlərindən belə çıxdı ki, kişilərinizi yanınızda saxlamaq istəmirsinizsə, ona sadiq olun”. Demək saxlamaq üçün sadiq olmaq lazım deyil. Axı, bu nə deməkdir?”.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin