Bir neçə gündür ki, reanimasiyaya yerləşdirilən bloger Asya İsmayılova səhhəti ilə bağlı açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, palataya köçürülən bloger sosial şəbəkə hesabında sağlamlıq vəziyyətinin yaxşı olduğunu yazıb:
“Şəkərlərim, yaxşıyam, şükür. Məni sevginizlə çox kövrəltdiniz. Hər birinizi çox sevirəm. Bir neçə gündür ölkə gündəmini zəbt etdim. İstəməzdim, amma məcbur.
Bəlkə də bu hadisə baş verməsəydi, mən bu qədər sevildiyimi bilməyəcəkdim. O qədər kövrəldim ki, yazılarınızı oxuyub, necə gözəl insanlar qazanmışam mən. Çoxunuzun üzünü görməmişəm, səsinizi eşitməmişəm, amma sizi inanılmaz çox sevirəm, yaxşı ki, varsınız. Allah hər birinizin ürəyinə görə versin”, - deyə Asya bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
18:31 / 20.12.2023
Reanimasiyaya yerləşdirilən Asya səhhəti ilə bağlı açıqlama yaydı - FOTO
Hazırda oxunan: Reanimasiyaya yerləşdirilən Asya səhhəti ilə bağlı açıqlama yaydı - FOTO
Hazırda oxunan: Reanimasiyaya yerləşdirilən Asya səhhəti ilə bağlı açıqlama yaydı - FOTO
169970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.