Röya: "Acıdiləm, kiməsə cavab qaytarsam, 3 gün özünə gəlməz" - FOTO/VİDEO

Hazırda oxunan: Röya: "Acıdiləm, kiməsə cavab qaytarsam, 3 gün özünə gəlməz" - FOTO/VİDEO

169818

Xalq artisti Röya Ayxan "Röya Fans" pərəstişkar ordusunun 25 ilini qeyd etmək üçün onları başına toplayıb. Gecədə hər bir fanatına səmimi ünsiyyət və nəvaziş göstərən estrada ulduzu onlarla xatirə fotolar çəkdirib və sevilən hitlərini ifa edərək birlikdə əylənib.

Bizim.Media xəbər verir ki, tədbirdə sənətçi media nümayəndələri ilə görüşərək, sualları cavablandırıb.

Röya 2023-cü ilin onun üçün yadda qalan illərdən olduğunu bildirib:

"2023-cü il yadımda xüsusi ilə bütöv Azərbaycan olmağımızla yadda qaldı. Bu il verdiyim iki konsertlə də yadda qaldı. İkisi də çox çətin, zərif və yorucu iş idi - yəni həm mənəvi həm də maddi... Amma şükürlər olsun necə istəyirdiksə, elə də bu konsertləri keçirtdik. 7 il fasilədən sonra "CD" diskim işıq üzü gördü. Bir sözlə, heç bir yerim ağrımır".

Müğənni 2024-cü ildən məhəbbət, sevgi gözlədiyini vurğulayıb:

"2024-cü il, "Əjdaha" ilindən məhəbbət gözləyirəm. Maraqlı enerji gözləyirəm... Nə bilim, hər şey gözləyirəm (gülür)".

Xalq artisti dəhşətli dərəcədə acıdil olduğunu söyləyib:

"Allahı və məni sevən hər bir kəsi sevirəm. Heç kimin qəlbini sındıran adam deyiləm. Baxmayaraq ki, dəhşətli dərəcədə acı dilim var. Birinə cavab qaytarsam, həmin insan 3 gün yerindən qalxa bilməz. Ona görə də, ətrafımda heç zaman cangüdən olmur. Çönüb bir kəlimə söyləyərəm, həyatı bitər... Mənə toxunmayın, mən də sizə toxunmayım. Yaxşı insanlara Allah hər zaman ruzisini verir. Bir şey pis alınsa da dönəcək yaxşıya. Mənim kimi qız harada var? Həm xərcləsin, həm yesin-içsin, həm gəzsin, həm çəkib-göstərsin... Bir sözlə, hər şey etsin".

Xalq artisti başına qoyduğu "buynuz" obrazındakı fotosessiyasından da bəhs edib:

"Bu fotosessiya Azər Cəfərin ideyası idi. Həmin fotosessiyanın adını "Cinlər diyarı"... Biraz da biz oralarda gəzək (gülür). O şəkillər bizim xatirələrimiz, uşaqlığımızdır... Mərhum Xalq artisti Amaliya Pənəhova da bu cür obrazda "Qərib cinlər diyarında" bədii filminə çəkilmişdi. Sonra bir ara söz-söhbətlər çıxdı ki, bəs Əkizlər bürcü oldu "Buğa"... 13 bürc məsələsi... Qərara aldıq ki, belə bir fotosessiya edək. Bu layihəni etmək heç də asan olmadı. O meşəni yaratmaq, o buynuzları tapmaq... Bunun üçün əziyyət çəkdik. Qəssab bizə o buynuzları satdı sonra üzərində rəssam işlədi və onu "obodok" halına gətirdi. Bu fotosessiyam ilə istədim bildirim ki, çox yaxşı qızam, amma buynuzlarım var".


Röya bir neçə gün əvvəl bütün rəqəmsal musiqi platformalarında təqdim edilən 6/8 ritmlərində olan "Tut əlimdən" bəstəsindən də söz açıb. Müğənni sözügedən bəstənin az müddətdə hitə çevrildiyini, eyni zamanda sosial platformalarda "trend"ə düşdüyünü diqqətə çatdırıb:

"Mən Azərbaycan sənəti üçün yaxşı işlər qoyub gedəcəyəm. O mahnılar yenidən aranjiman edilsə belə, yenə də seviləcək. Mən bəzi insanlara başa salıram ki, gəldiyim ilk addımlarımdan bu sənətin bütün qollarından istifadə edən bir qız olmuşam. "W-trio" qrupunda olduğumda qızlarla dünya ulduzları Şadenin, Mariah Kerinin reperturarındakı məşhur mahnıları ifa edirdik. Mən bəmləri, qızlar zilləri... İstəsəm onu da belə oxuyaram. Sadəcə istəmirəm, çünki o duyğunu daşımaq lazımdır".

Müğənni xarici dildə mahnı oxumaq istəmədiyini də söyləyib:

"Bəlkə də, nə vaxtsa... İllər əvvəl "Düşüncələr" adlı bir mahnı ifa etmişəm. Əslində o mahnı xaricidir. Bu, layihə şəklində idi. Amma onu da azərbaycan dilində oxumuşdum. Düşünürəm ki, çox da gözəl alınmışdı. Amma ingilis dilində söz verə bilmərəm ki, mahnı oxuyacağam. 2-3 il ömrümüz qalıb, onu da ingilis dilində mahnı oxumaqlarına sərf etməyək... Oturmuşam da özüm üçün..."

Sənətçi illər əvvəl meyxanaçı Vüqar Əbdülovla oxuduğu duetdən də söz açıb:

"Meyxanaçı Vüqarla illər əvvəl duet oxumuşam. O dueti üzə çıxarıb, yada saldım ki, biz hər şeydə birinci olmuşuq. Meyxananı da biz birinci oxumuşuq".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin