EFİRDƏ DAVA: Ekspertlər “Best Model of Azerbaijan” qalibini süni adlandırdılar - VİDEO  

Hazırda oxunan: EFİRDƏ DAVA: Ekspertlər “Best Model of Azerbaijan” qalibini süni adlandırdılar - VİDEO  

169742

Bir neçə gün əvvəl Bakıda keçirilən “Best Model of Azerbaijan 2023” model müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Birinci yerə Fatimə Nəzərli və Nurxan Xəlil layiq görülüb. 

Bizim.Media xəbər verir ki, qalibləri “Elgiz izlə” ictimai-sosial verilişində müzakirəyə çıxarıblar. 

Proqramda iştirak edən ekspertlər Nurxanın qalibiyyətini qəbul etsələr də, Fatimənin birincilik qazanmasına qarşı çıxıblar. Belə ki, Aydın Xan Əbilov F.Nəzərlinin üzündə, xüsusi ilə dodaqlarında etdirdiyi müdaxiləni vurğulayıb. O, bu cür model yarışmalarında təbii deyil, artıq süni gözəlliyə üstünlük verilməsini düzgün addım saymayıb. 

“Xanımın dodağında kənar müdaxilə var. Yəni öz dodağı deyil. Gözəllik yarışmalarında buna qətiyyən icazə verilmir. Estetik və plastik müdaxilələr qətiyyən qəbul edilmir. Xahiş edirəm, məndən inciməyin”. 

Bu anda F.Nəzərli “Yarışma iştirakçılarının yarısının dodaqlarında dolğu var” sözlərini deyib. 

Digər ekspert, şair və jurnalist Anar Vəziroğlu da estetik etdirən xanımın yarışmada birinci olmasına etiraz səsini ucaldıb: 

“1990-cı illərdə seçilən Türkiyənin gözəllər gözəli Meltem Hakararın bir dənə də olsun üzündə estetik müdaxilə yox idi. Gözəllik müsabiqəsində yalnız təbii gözəlliyi olan xanım qalib gəlməlidir”. 

A.Vəziroğlunun aqressiv çıxışına Fatimə “Pulum var, özümə və gözəlliyimə xərcləyirəm. Siz Anar dayı, neçənci ildə yaşayırsınız ki, belə fikirlər səsləndirirsiniz. Biz 2023-cü ildə yaşayırıq.

Estetik müdaxilə olunmağımız normaldır” cavabını verib. 

Verilişdə ekspertlər və xanım iştirakçı arasında yaşanan gərgin anları təqdim edirik: 
 





Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin