Müğənni Şəbnəm Tovuzlunu Qazaxıstanda “pul yağışı”na tutublar.
Bizim.Media xəbər verir ki, buna səbəb sənətçinin doğum günü olub.
39 yaşına qədəm qoyan Şəbnəmi təbrik etmək üçün ətrafı başına toplaşıb. Qol qaldırıb rəqs edən müğənnini dostları əhatəyə alaraq başına dollar əskinaslarından ibarət pul səpiblər.
Həmin anları Şəbnəm sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Diqqətçəkən məqam isə görüntülərdə bir müddət əvvəl müğənniyə avtomobil hədiyyə edən xanımın da olması olub.
Rəşad Əliyev, Bizim.Media