Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən təmsilçimiz, müğənni Nigar Camal həmkarı Şəbnəm Tovuzluya söz atıb.
Bizim.Media xəbər verir ki, “Maska” şousunda “Alov” obrazında səhnəyə çıxan məşhurun kimliyini tapmağa çalışan Nigar həmin şəxsin Şəbnəmə bənzədiyini deyib.
“Qadın deyil, “xoxan” tiplidir. Qadın olsaydı, deyərdim, Şəbnəm Tovuzludur. Çox isti bir insandır, danışanda yandırır”, - deyə Camal vurğulayıb.
Qeyd edək ki, illər əvvəl Nigar və Şəbnəm arasında qalmaqal yaşanıb. Mübahisəyə səbəb Şəbnəmin “Gucci” brendinə məxsus kəməri tərs taxması olub. Nigar qarşı tərəfi sosial şəbəkə hesabında ələ salaraq izləyicidən gələn “İlk baxışdan sevgiyə inanırsınızmı?” sualına “İlk baxışdan sevgiyə yox, amma “Gucci”yə görə canım ağrıdı” sözlərini yazıb.
Rəşad Əliyev, Bizim.Media