“İndi heç bir müğənnini qınamaq olmaz. Çünki hamımız iş və qazanc arxasınca qaçırıq. Elə tədbirlər var ki, mən ora getmirəm. Mənim üçün hər şey pul deyil. İstəmirəmsə getmək, heç kim məni buna məcbur edə bilməz”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Samir Cavadzadə qonaq olduğu “10-da görüşək” səhər verilişində deyib.
Sənətçi bildirib ki, getdiyi toylarda həmkarları səhnədən düşməyib onu bilərəkdən 45 dəqiqə gözlədirlər:
“Heç zaman soruşmuram ki, toyu idarə edən hansı həmkarımdır. Məclisə gəlib, özüm onu orada görürəm. Nəyimə lazımdır ki, toyu kim idarə edir? Gəlmişəm 20-30 dəqiqə oxuyub sonra da çıxıb gedirəm. Məni toyda gözlətdirənlər də olur... Axı sən məni məclisdə nəyə görə gözlətdirirsən? Məni görən kimi səhnədən 45 dəqiqə düşmür. Bu da müğənnilərin bir məktəbidir.
Onlar özləri yaxşı bilirlər mən kimləri nəzərdə tuturam. Bu şeyləri də onlar kimlərdənsə götürürlər və tətbiq edirlər. Həmkarınız gəlir ki, məclisdə çıxış etsin, amma siz çalışırsınız qonaqların və tamaşaçıların gözündə onu vurmağa, pis etməyə. Axı nə olacaq? Məni görən kimi, başlayırlar müğənnilər “disco” mahnılar oxumağa. Anlamırlar ki, onların oxuduğu o mahnıları mən 15 il əvvəl oxumuşam.
Mən də o repertuar yoxdur. Buna görə isə özünüzü öldürməyin. Məclisdə Maykl Ceksonun, Rihannanın repertuarından mahnı ifa etsəm, siz onsuz da bunu təkrarlaya, o müğənnilərin mahnılarını da ifa edə bilməyəcəksiniz. Özünüzü niyə yorursunuz? Hörmət qoyun ki, biz də sizə hörmət qoyaq. Elə etməyin ki, işçilər gəlib ev yiyəsinə yaxınlaşıb desinlər ki, biz zamanımızda səhnəyə çıxmaq istəyirik. Yoxsa müğənni bizi görüb səhnədən 45 dəqiqə bilərəkdən düşməsin”.
Rəşad Əliyev, Bizim.Media