Aparıcı və aktyor İlkin Həsəninin 3 aylıq övladı Rain xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu haqda televiziya ulduzunun bloger xanımı Aysel sosial şəbəkə hesabında məlumat yayıb.
Bir neçə gündür xəstəxanada olduğunu və oradan çəkdiyi görüntüləri izləyiciləri ilə bölüşən Aysel, oğlunun müalicə aldığını bildirib.
Qeyd edək ki, İlkin və Aysel cütlüyünün Alisa adlı bir qız övladı da var.
Rəşad Əliyev, Bizim.Media