Fatimə Fətəliyeva: “Xoşbəxt qadın deyiləm, elə səhnədə öləcəm” – VİDEO 

Hazırda oxunan: Fatimə Fətəliyeva: “Xoşbəxt qadın deyiləm, elə səhnədə öləcəm” – VİDEO 

169504

“Biznesimi elə qurmuşam ki, kimləsə dalaşmağa, pəl vurmağa vaxtım belə yoxdur. Bu həyatda o qədər vicdanım təmizdir ki... Bu həyatda heç zaman heç kimin işinə pəl vurmamışam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva “Space star” maqazin verilişinə müsahibəsində deyib. 

Qalmaqal yaşadığı şairə və qiraətçi Nazilə Səfərliyə məhkəmədə uduzan Fatimə bu məsələ ilə bağlı açıqlama verməkdən boyun qaçırıb: 

“Bu haqda hələ ki danışmaq istəmirəm. Hər şey gözəl olacaq”. 

Fətəliyeva bir xanım kimi özünü xoşbəxt hiss etmədiyini vurğulayıb: 

“Qadın ağır yükü çiyninə götürəndə heç zaman o, xoşbəxt ola bilməz. Mən xoşbəxt deyiləm. Kövrək insan heç zaman pis insan ola bilməz. Çünki göz yaşı yalandan axa bilməz. Bu dəqiqə təklikdə olanda daha rahat oluram. İnsan həyata necə tək gəlibsə, elə tək də gedəcək. Biz tək Allaha məxsusuq. Ona görə də hər şeyi boş vermişəm. Qəlbim insanlardan sınıb. Özü də çox sınıb... Mən tək səhnədə xoşbəxt oluram. Ola bilsin ki, elə səhnədə də öləcəyəm”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin