Xəbər verdiyimiz kimi, bu gün Mərdəkan ərazisində sükan arxasında olan müğənni Rüfət Axundov yolda maksimal sürət həddi 90 olduğu halda, "Range Rover" markalı avtomobili 127 km/saatla sürüb. Sənətçi bunu əks etdirən görüntüləri çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Bizim.Media xəbər verir ki, baş verən hadisəni Bakı şəhər Dövlət Yol Polisi İdarəsi araşdırıb.
Araşdırma nəticəsində bəlli olub ki, R.Axundovun idarə etdiyi "Range Rover" markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.
Qeyd olunub ki, toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.
Sözügedən görüntüləri təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media