Cavidan Novruz ailəsində baş verən qalmaqaldan DANIŞDI: “Davanız heç kimə lazım deyil” - FOTO

Hazırda oxunan: Cavidan Novruz ailəsində baş verən qalmaqaldan DANIŞDI: “Davanız heç kimə lazım deyil” - FOTO

169310

“Həqiqətən də, istəyirdim ki, sakitlik, sülh olsun. Heç nəyə qarışmadım! Və yenə də qarışmayacağam, nə olursa olsun, kim olur olsun, mən, ümumiyyətlə, sakitlik olsun deyə fədakarlıq etmək istədim. Ən pis halda belə hamı sakitləşsin istədim. Bir tərəfi (qardaşı Nəriman Novruzun keçmiş həyat yoldaşı Əzizəni nəzərdə tutur – red.) durdurmaq istədim. Və durdurmaq üçün zənglə xahiş etdim çünki, əlacım qalmamışdı. Qardaşım Nərimana görə, onun övladlarına görə!” 

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum  Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Sənətçi bir neçə gün əvvəl gündəmə səs salan vizajist bacısı Şəfəq Novruzla qardaşı Nəriman Novruzun keçmiş həyat yoldaşı Əzizə arasında baş verən qalmaqaldan söz açıb. 

Cavidan mübahisəyə səbəb olan mövzuda bacısı Şəfəqin yalnış addımlar atdığını bildirib və mərhum ataları Ramiz Novruzun bu məsələdə adının hallanmasına etiraz edib: 

“Hamı əslində gözəl bilir kimin səhv etdiyini. Amma yenə də dilimə gətirmədim, sakit dayandım.

O insan səhvləri olduğu halda yenə də ona zəng etdim, ağız açdım. Və mənim bu xahişimi o öz əleyhimə istifadə etdi. Əlində silah etdi. Nə isə mən sadəcə işlərimə yönəldim və atamın ilinin sakitcə çıxmasını istədim. 

Artıq atamın da bu məsələdə adını hallandırdılar. Xahiş edirəm məni qatdınız, hamını qatdınız, heç olmasa, həyatda olmayanı rahat buraxın. Heç kimə lazım deyil sizin gərəksiz dava-dalaşınız. Və mən yenədə susacağam! Xahiş edirəm bilib-bilmədən məni kimlərsə narahat etməsin. Mən bu məsələlərdə yoxam. Bu gün də yox idim, sadəcə Şəfəq Novruzun (bacısını nəzərdə tutur – red.) bilib-bilmədən məni ittiham etməsinə görə, məcbur olub paylaşdım. Kim bilməsə də o mənim necə qardaş  olduğumu çox gözəl bilir”. 

Qeyd edək ki, Şəfəq Novruzla keçmiş gəlinləri Əzizə arasında qalmaqal yaşanıb. Onlar sosial şəbəkədə bir-birinin ünvanına xoşagəlməz sözlər yazıblar. Bir gün sonra isə tərəflər mübahisəyə son qoyduqlarını və barışdıqlarını açıqlayıblar. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin