Nikol Şerzinger Rüfət İsmayılın hazırladığı GEYİMDƏ - FOTO 

Hazırda oxunan: Nikol Şerzinger Rüfət İsmayılın hazırladığı GEYİMDƏ - FOTO 

169186

Dünya pop səhnəsinin ulduzu Nikol Şerzinger məşhur azərbaycanlı dizayner Rüfət İsmayılın ərsəyə gətirdiyi geyimdə Los-Ancelesdə tədbirə qatılıb. 

Bizim.Media xəbər verir ki, bu haqda həm müğənni, həm də dizayner sosial şəbəkə hesabında məlumat verib. 

Nikol üzərinə Rüfətin təsisçisi olduğu “Afffair” brendinin “Resort/23” kolleksiyasında yer alan uzun, dərin sinə dekolteli, açıq yasəmən rəngdə libas geyinib. Əlbisədə diqqətçəkən məqam isə sinə hissəsinin gümüşü işləmələridir. Sözügedən nəfis və dəbdəbəli libasda obyektiv qarşısına keçən Şerzinger cazibədar pozlar verib. 
Qeyd edək ki, Adel, Beyonce, “Meqan Thee Stallion” və digər dünya və türk ulduzları Rüfət İsmayılın yaratdığı geyimləri geyinirlər. 






















Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin