Şəbnəm Tovuzlu QƏZƏBLƏNDİ: “Bütün kənd bilir ki, adım Şəbnəmdir, Aygün yox” – VİDEO 

Hazırda oxunan: Şəbnəm Tovuzlu QƏZƏBLƏNDİ: “Bütün kənd bilir ki, adım Şəbnəmdir, Aygün yox” – VİDEO 

169181

Xəbər verdiyimiz kimi, Əməkdar artist Şəbnəm Tapdıq həmkarı Şəbnəm Tovuzlunu söylədiyi “Dünyasını dəyişmiş anam Şəbnəm Tapdıqla rəfiqə imiş” sözlərinə görə məhkəməyə verib. Tapdıq bildirib ki, məhkəmə araşdırma apararaq Tovuzlunun əsl adı Aygün olduğunu üzə çıxarıb. 

Bizim.Media xəbər verir ki, qalmaqallı məsələ ilə bağlı Şəbnəm Tovuzlu “Elgizlə izlə” ictimai-sosial verilişinin canlı efirinə zəng edərək, qarşı tərəfin səsləndirdiyi fikirlərə etirazını bildirib. 

“Doğma anam mənə Şəbnəm adını veribsə, siz və başqası kimsiniz? Mən sizlə heç zaman bu formada danışmamışam.

Get, Tovuz rayonunda nəslimi, kökümü araşdır. Mən elə-bələ nəslin nümayəndəsi deyiləm. Mənim nəslimdə bibilərim, xalalarım həkim, əmilərim isə vəkil, polisdir. Soruşun, görün, anası rəhmətə gedəndə, bir yaşında Bakıdan xalasına veriləndən Şəbnəmin doğma adı nə olub? Belə biabırçılıq və haqsızlıq olar? Belə şeylər olmaz. Məhkəməyə ver, araşdır, gör Şəbnəmin ilk adı nə olub. Mənim atam Orucov Arif Ağaddin oğlu. Dünyaya gələndə anam Şəbnəm adını mənə verib.

Orucova Şəbnəm Arif qızı 1984-cü ildə dünyaya gəlmişəm. Atamın soyadını daşımışam. Anam rəhmətə gedəndən sonra məni Tovuz rayonuna yaş yarımımda xalama veriblər. Onun həyat yoldaşı mənim ögey atam Ələddin məni öz himayyəsinə götürəndə, soyadımı dəyişib.

Olmuşam, Əsədova Şəbnəm Ələddin qızı. Tovuzda bütün kənd bilir ki, mən övladlığa Şəbnəm adı ilə verilmişəm. Bu xanım nə danışır? Getsin, məhkəmədə bu məsələni kökündən araşdırsın. Ayıbdır!” 
Tovuzlunun bu sözlərinə Tapdıq “Mən araşdırmışam. Onu məktəbdə belə Aygün deyə çağırıblar” sözlərini dilə gətirib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin