Xatun: “Oğlumun toyuna Aygün pulsuz gəldi, Röya isə nəmər göndərdi” - VİDEO  

Hazırda oxunan: Xatun: “Oğlumun toyuna Aygün pulsuz gəldi, Röya isə nəmər göndərdi” - VİDEO  

169121

“Oğlum Adilin toyundan mənə 50 min manat pul qaldı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu “Tarixin bir günü” verilişində deyib. 

Bir il əvvəl oğlu Adilə təmtəraqlı toy məclisi keçirən sənətçi bildirib ki, Xalq artisti Aygün Kazımova pulsuz iştirak edib, Xalq artisti Röya isə iştirak etməsə də, zərfdə nəmər göndərib: 

“Oğlum Adilin toyunda 360 nəfər qonaq var idi. Çox gözəl məclis keçdi. Aygün Kazımova sırf mənim üçün toya havayı gəlmişdi. Onun bu addımını hər dəfə deyib, alqışlayıram. Röya Ayxanı da toya çağırmışdım. Amma Bakıda olmadığına görə gələ bilmədi. Amma buna rəğmən zərfdə nəmərini göndərdi. Aygün xanım və Röya xanım bu ölkədə adını brend ediblərsə, bu elə-belə deyil. Onlar ikisi də zəhmətkeşdirlər. Röya xanım söylədi ki, oğlunun toyuna gələ bilməsəm də, hədiyyəni göndərəcəyəm. İnsanlığına bələd olmadığım Xalq artisti üçün yerimdən qalxmaram”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin