Vəfa Şərifova: "Həyat yoldaşımdan küsəndə "TikTok"da canlı açırdım” - VİDEO

Hazırda oxunan: Vəfa Şərifova: "Həyat yoldaşımdan küsəndə "TikTok"da canlı açırdım” - VİDEO

169068

Müğənni Vəfa Şərifova ayrıldığı həyat yoldaşı, iş adamı Famil Xəlilovdan söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında açdığı canlı yayımda bildirib ki, həyat yoldaşından küsdüyündə "TikTok"da  canlı yayımlar açır:

"Həyat yoldaşımdan küsən kimi "TikTok"-da canlı açırdım. "TikTok" açanda hamı deyirdi, “utanmırsan "TikTok" açırsan?” Küsəndə "TikTok" açırdım, barışan kimi təzədən bağlayırdım. İndi arada yenə canlı açıram, amma onun xəbəri yoxdur" - deyə Vəfa vurğulayıb.

Qeyd edək ki, V.Şərifova münasibətdə olduğu Famil Xəlilovla bir müddət əvvəl ayrıldıqlarını bildirib. Vəfa "Rəsmi nikahımız yoxdur. Kəbinimiz var. Ona da son qoyduq" sözlərini dilə gətirib. 

Cütlüyün bu münasibətdən bir qız və bir oğul övladı var.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin