Bu gün səhər saatlarında uzun sürən onkoloji xəstəlikdən 80 yaşında dünyasını dəyişən Xalq artisti Ramiz Məliklə vida mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, sənətkarla vidalaşmaq üçün Heydər Məscidinə teatr xadimləri, mərhumun sənət yoldaşları və ailə üzvləri axın ediblər.
Ramiz Məlikin ruhuna dualar oxuduqdan sonra mərhumun nəşi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılıb. Allah rəhmət eləsin!
Rəşad Əliyev, Bizim.Media