Müğənni Zamiq Hüseynov yeni layihəsini təqdim edib.
Bizim.Media xəbər verir ki, sənətçi sözləri Orxan Qarabasma və Saybuya, musiqisi isə Emil Şahinə məxsus “İcazə ver” adlı mahnıya çəkdirdiyi klipini təqdim edib.
Ekran işinin rejissorluğunu Zamiq yenə də Emin Muradova həvalə edib. Klipdə iki sevən gəncin duyğusal eşqi və səmimi anları əks olunub. Hüseynovun imici üzərində stilist və vizajist Elnur Həsənov çalışıb.
Qeyd edək ki, Zamiq Hüseynovun sözügedən klipi rəsmi “YouTube” kanalında yayımdadır.
Rəşad Əliyev, Bizim.Media