Şəbnəm Tovuzlunu məhkəməyə verən Şəbnəm Tapdıq: “Mənə iftiralar ataraq özünü biabır edir” – ÖZƏL/VİDEO 

Hazırda oxunan: Şəbnəm Tovuzlunu məhkəməyə verən Şəbnəm Tapdıq: “Mənə iftiralar ataraq özünü biabır edir” – ÖZƏL/VİDEO 

168851

Müğənni Şəbnəm Tapdıq həmkarı Şəbnəm Tovuzlunu məhkəməyə verib. 

Bizim.Media xəbər verir ki, bu haqda Şəbnəm Tovuzlu qonaq olduğu “Tarixin bir günü” verilişində məlumat verib. 

Şəbnəm bildirib ki, qarşı tərəf onu eyni ad daşıdığına görə məhkəməyə verib: 

“Şəbnəm xanım mənə zəng edib, aqressiv danışır. Mən ona söylədim ki, əgər sizin dünyasını dəyişmiş bir anaya (Öz anasını nəzərdə tutur – red) hörmətiniz varsa... Anam 29 yaşında dünyasını dəyişib, mən o zaman körpə olmuşam. O populyar olan zaman sizi sevib, fanatlıq edib. O adı mənə qoyublar. Dəfələrlə sizə mülayim davranıram, sizi çox sevirəm, amma siz məni məhkəməyə verirsiniz. Qanun qarşısında boynumuz qıldan incədir.

Bu xanıma dəfələrlə demişəm ki, məndən nə istəyirsiniz? Mənə deyir ki, adını dəyiş, Şəbtac, Şəbnur qoy. Siz böyüksünüz, mən sizə hörmət edirəm. Axı, mən adımı niyə dəyişməliyəm? Anamın mənə qoyduğu ad yadigardır. Mən buradan sizə deyirəm ki, mən adımı sizə görə dəyişən deyiləm”. 

Qalmaqallı məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı qarşı tərəflə, yəni müğənni Şəbnəm Tapdıqla əlaqə saxlayıb. 

Ş.Tapdıq məhkəməyə müraciət etməsini adla deyil, qarşı tərəfin ona atdığı şər və böhtanla əlaqələndirib: 

“Aramızda anlaşılmaz bir söhbət var. Bu isə mənə aydın deyil. Bu məsələnin isə məhkəmə yolu ilə araşdırılmasını istəyirəm. Şəbnəm Tovuzlu bir çox efirlərdə deyir ki, guya mən onun rəhmətlik anası ilə rəfiqə olmuşam və anasını tanıyıram. Axı, belə şey olmayıb. Tanımadığın insan haqqında düzgün olmayan fikri demək olmaz. Heç mən onun anasını nə görmüşəm, nə də ki, tanıyıram.

Ümumiyyətlə, çıxıb efirdən düzgün olmayan söhbəti etmək olmaz. Şəbnəm bu gün efirdə deyir ki, guya ada görə onu məhkəməyə vermişəm, amma bu da səhv informasiyadır. Ada görə mən Şəbnəm Tovuzlunu məhkəməyə verməmişəm. Allah onun anasına rəhmət eləsin. Onun anası ilə heç zaman rəfiqə olmamışam.

Bir çox şeylər də var ki, Şəbnəm haqqımda danışır. Çıxıb efirdə demək ki, Şəbnəm Tapdıq məni məhkəməyə verib, kişilikdən deyil. Efirlərdə haqqımda yalan danışmısan, indi də “kişi kimi” sözünün arxasında dur. Deyirlər ki, onun başqa adı olub.

Bilmək istəyirəm ki, görüm, onun əsl adı nədir. Bu “dostluq” məhkəməsidir. Əgər mən sənin ananla rəfiqə olmuşamsa, gör, mənim yaşımı sən nə qədər artırırsan... Bu isə mənə qarşı olunan iftiradır. Yalandan niyə belə şeylər danışırsan?

Mən səndən heç bir yerdə danışmıram. Sən niyə mənim haqqımda düzgün olmayan informasiya verirsən? Bu məhkəmə adla bağlı deyil. Bütün respublikada mənim adımı daşıyan insanlar var. Nə olsun? Nə qədər adımı daşıyan müğənnilər var. İstəyirəm ki, o haqqımda heç nə danışmasın. Mən heç kiməsə sataşıram və kimləsə işim var?
Tovuzlu çıxıb özünü biabır etdi. Bilmədiyim şeylər haqqında istehzalı formada çıxıb danışır. Müdrikliyim isə ondadır ki, bu insana baş qoşmuram. İstəyirəm ki, o çıxıb efirdə desin ki, mən o xanımın haqqında düzgün danışmamışam. Ağzına gələni haqqımda danışmasın. Bu dünya dərəbərlik deyil. Hər şeyi məhkəmədə həll edəcəyik”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin