Şəfəq Novruz qalmaqal yaşadığı keçmiş gəlinləri ilə BARIŞDI - FOTO

Hazırda oxunan: Şəfəq Novruz qalmaqal yaşadığı keçmiş gəlinləri ilə BARIŞDI - FOTO

168729

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Ramiz Novruzun vizajist qızı Şəfəq Novruz və qızı Ayanla qardaşı Nəriman Novruzun keçmiş xanımı Əzizə arasında qalmaqal yaşanıb. Tərəflər bir-birinin ünvanına xoşaqəlməz ifadələr işlədərək, sosial şəbəkə hesablarında bununla bağlı müxtəlif paylaşımlar ediblər.

Bizim.Media xəbər verir ki, Şəfəq və Əzizə ailəiçi münaqişənin sülh ilə bitdiyi haqda məlumat yayıblar.

"Qızım Ayan, mən və qarşı tərəf (keçmiş gəlinləri Əzizəni nəzərdə tutur - red.) öz aramızda danışıb, hər bir şeyə aydınlıq gətirdik. Keçmişdə bizi qarşı tərəflə bağlayan doğmalıq bağlarının olduğuna görə və o bağlara hörmət naminə arada gəzən insanların oyununa gəlməyərək, səbirli olmalıyıq deyə düşündük.

Haqq, ədalət öz yerini tutacaq. Bizi bu həyatda 10 gündən sonra nə gözləyir bilmirik. Odur ki, kəsdiyimiz çörəyə, verdiyimiz əməyə görə, qəlb sındırmadan yaşayaq. Bundan sonra mənim qarşı tərəflə yollarımız bir ömürlük ayrılsa da,  ona həyatında yalnız uğurlar arzulamaq düşər... Niyə? Çünki doğmalıq bağı olduğuna görə...", - deyə Şəfəq yazıb.
Əzizə də sosial şəbəkə hesabında Şəfəqgilin ailəsi ilə qalmaqala son qoyduğunu bildirib:

"Dünəndən bu günə kimi davam edən bu söz-söhbət əslində anlaşılmazlıq idi. İllərlə bərabər olduğum insanlara və mənə gərəksiz böhtan məlumatlar verildi. Biz, hər iki tərəf bu gərəksiz anlaşılmazlığı bir araya gələrək çözdük. Biz yenə də bir-birimizə hörmət qoyan doğma insanlarıq".




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin