Məşhur markanın yeni reklamı qalmaqala səbəb oldu – FOTO 

Hazırda oxunan: Məşhur markanın yeni reklamı qalmaqala səbəb oldu – FOTO 

168651

Amerikanın super modeli Kristen MkMenaminin iştirak etdiyi İspaniyanın məşhur “Zara” markasının reklam kampaniyası üçün çəkilən fotoları internetdə qalmaqala səbəb olub. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkə əhli Qəzza zolağında baş verənləri xatırladan şəkillərə görə, brendi boykot etməyə çağırıb. 

Fotosessiyada görüntülər Kristen dağılmış divarlar, alçıpan, heykəllər, bəzi əzaları əskik, bəziləri isə ağ parçaya bükülən manekenlər fonunda əks olunub. İzləyicilər markanın yeni kolleksiyasını qeyri-həssas və hətta qəsdən təxribatçı adlandırıb, bəziləri divarın guya dövlətin coğrafi xəritəsini xatırladan dəlikdə Fələstinə işarə vurduğunu qeyd ediblər: 
“Siz xəstəsiniz! “Zara”nı sonsuza qədər boykot et! Gördüyüm ən ağılsız reklam”, “Sanki insanlar Fələstin xəritəsini görməyəcəklər”, “Gərək, əqli sağlamlıq problemlərin olsun ki, belə bir axmaq reklam çəkəsən”, “Şeytani dəyərləri və qara ürəyinizi göstərdiyiniz üçün təşəkkür edirik. Bravo!”, “Bu, iyrəncdir. Mən hansı xəstə, pozğun və sadist görüntülərə baxıram?”, “Hamımız kəfənlilərin şokedici görüntülərini görmüşük. Qəzza zolağından cəsədlər... Bu, açıq-aydın fələstinlilərə qarşı qəsdən istehzadır.Onlar nə etdiklərini dəqiq bilirlər”. 

“Zara” şirkəti rəsmi “Instagram” hesabında məsələ ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, kampaniya yayda hazırlanıb və sentyabrda - Qəzza hadisələrindən əvvəl çəkilib və bu, qəsdən olmayıb. Dekorasiyalar isə rəssamın yaradıcılığını və emalatxanasını xatırlatmalıdır. 














Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin