Müğənni Çinarə Məlikzadə keçmiş həyat yoldaşı aktyor Əlibəy Məmmədli ilə bağlı münasibətlərindən söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi bu haqda “Maqazin plyus” verilişinə müsahibəsində danışıb.
“Əlibəylə aramda “salam-sağol”um var. İnsan kimi evlənib, insan kimi də ayrılmışıq. Onunla aramda dostluq münasibəti yoxdur. Amma düşmən deyilik. Ona qarşı olan hörmətim sonsuzdur”, - deyə Çinarə vurğulayıb.
Qeyd edək ki, keçmiş cütlüyün evliliyi heç bir il belə çəkməyib.
Rəşad Əliyev, Bizim.Media