Səidədən Elnarəyə ACI SÖZLƏR: “Kin-küdurətin öz başına düşsün” – VİDEO 

Hazırda oxunan: Səidədən Elnarəyə ACI SÖZLƏR: “Kin-küdurətin öz başına düşsün” – VİDEO 

168425

Müğənni Səidə Sultan küsülü olduğu həmkarı Elnarə Xəlilovanın “Səidə Sultanla münasibətim yoxdur. Mən onu toya dəvət etməmişdim, o da məni. Bu, normaldır. 18 ildir ki, ailəliyəm və bu 18 ildə mənimlə Səidə arasında münasibət dəyişməyib” sözlərinə cavab verib. 

Bizim.Media xəbər verir ki, sənətçi “Maqazin plyus” verilişinə müsahibəsində Elnarənin ünvanına sərt ittihamlar səsləndirib. 

“Mənimlə mehriban olun. Lazım deyil, “qurtdan quşluq” etmək. Belə danışıqlar kimə lazımdır? Bir quru canımız var, onunla da o dünyaya gedəcəyik. Söz-söhbətdir, insan arasında olur... Ürəyin təmizdirsə, münasibətə davam et. Yox, əgər ürəyində kin-küdurət saxlayırsansa, o kin-küdurətin öz başına düşsün, bacım”, - deyə Səidə vurğulayıb. 

Səidə deyib ki, ərə getsəm də, səhnədən uzaqlaşmayacağam:

“Darıxmayın, Səidə Sultan yenidən səhnələrə qayıdır. Heç yerə gedəsi və sənətimi atası da deyiləm. Elə düşünməyin ki, Səidə ailə həyatı qurdu, oxumaq yaddan çıxdı... Heç zaman! Allah ömür versin, nə qədər sağam, mən varam və Sultanlığımı davam etdirəcəyəm”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin