Mətanətdən Cananaya: "Ailəmizə yad insansan, sənin evimizdə nə işin var?" - VİDEO

Hazırda oxunan: Mətanətdən Cananaya: "Ailəmizə yad insansan, sənin evimizdə nə işin var?" - VİDEO

168381

"Heç Canananın uşaqlarından xəbəri var ki? Canana gedib mənim gəlinimin evinə.  O özü orada ola-ola əlbəttə ki, nəvəm Tuncaya qapı açmaz. Canana baş düşməlidir ki, o evdə artıq başqa ailə yaşayır. Sən oğlum Kərimdən ayrılmısan və yad bir insansan. Sənin axı orada nə işin var?".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star" maqazin verilişinə müsahibəsində deyib.

Qalmaqal yaşadığı keçmiş gəlini Cananadan (Aynur Vaqifqızı) danışan sənətçi bildirib ki, o reklamı üçün üç uşağından istifadə edir:

"Keçmiş gəlinim Canana özü üçün şou yaradır. O, hər zaman uşaqları ilə silah kimi istifadə edir. Nəvəm Tuncayın xəbəri yox, onu arxadan anası Canana çəkir. Belə ana olar? Canana reklamı üçün öz uşağından istifadə edir. Canana bu hərəkəti ilə nə qədər uşağı Tuncaya travma yaşatdı. Onun digər iki uşağından da xəbəri yoxdur. Canananın uşaqlarına, yəni nəvələrimə mən baxıram. Canana uşaqlarına analıq etmir və onlara baxmır. Onlara yalnız uşaqlar onun reklamı üçün lazımdır. İndi mən ümumiyyətlə danışmıram. Əvvəllər ona deyirdim ki, gəl uşaqlarına bax. Onlar bir gün gəlib sənin yanında qalsınlar. Əgər uşaqlarına baxmaq istəyirsənsə, götür onları apar harada istəyirsən bax... Sən bizim ailəyə artıq yad bir adamsan. Oğlum Kərimdən ayrılmısan, boşanmısan və bizim soyadımızdan da çıxmısan. Sənin axı mənim evimdə nə işin var?".

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Üç övlad anadan alınaraq, ataya verilmişdi.

Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin