Nura Suri kimə söz atdı? – “Əclafdırsa...”

Hazırda oxunan: Nura Suri kimə söz atdı? – “Əclafdırsa...”

16834

“Kim deyir ki, insanlar dəyişmir? İnsan elə dəyişir ki... Bir az pulu, vəzifəsi və s. artan kimi geyimi, duruşu, ətrafı və hətta səsinin tonu belə dəyişir. İnsanda dəyişməyən yalnız bəzi xüsusiyyətlərdir. Əclafdırsa, pulu oldu ya olmadı elə ömrünün sonunacan elə olacaq. Haqqlıdırsa da həmçinin…”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Facebook” hesabında tanınmış estrada müğənnisi Nura Suri qeyd edib.

Onun sözlərinə görə, insan təkcə başqaları üçün dəyişmir:

“Özünə də sadiq deyil. Dünən sevdiyinə bu gün nifrət edən, "heç vaxt etmərəm" deyib, edən insanda etibar, sadiqliq axtarmayın. Sevgi, nifrət, etibar və s. hamısı müvəqqətidir. Yaxşı ya pis insan yoxdur. Müvəqqəti yaxşı, müvəqqəti pis insan var. Bir insan mənə görə yaxşı, sənə görə pis ola bilir. Bu səbəbdən insanlardan gözləntinizi azaldın ki, sonra məyus olmayasınız”. 

Müğənni əlavə edib ki, əvvəllər sözlərin mənası var idi:

“Yəni, söz verib nəyisə etməmək nakişilik kimi qəbul olunurdu. Vaxt keçdikcə insanlarda nə sözə dəyər qaldı, nə yaddaş qaldı, nə də yaxşı əmələ dəyər. İnsan zamanla robotlaşıb hissiyatsız məxluqa çevrildi. Saxta geyimlə birgə insan özü də saxtalaşdı.

"Gözəllik 10-dur, 9-u dondur" deyib gözəl görünməyin nə qədər vacib olduğunu boş beyinlərə həkk etdilər sanki...

Saxta hisslər, saxta dostlar, saxta hörmət və s. - saxta insan modeli belə yarandı...”, deyə Nura Suri əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin