Nura Suri: "Kanallar müğənnilərin efirə açıq-saçıq geyimdə çıxmasına qadağa qoyub" - VİDEO

Hazırda oxunan: Nura Suri: "Kanallar müğənnilərin efirə açıq-saçıq geyimdə çıxmasına qadağa qoyub" - VİDEO

168283

"Telekanallarda senzura yaranıb. Müğənnilərin, aparıcıların geyimi ilə bağlı senzura yaranıb. Bir çox telekanalda açıq-saçıq geyimlərdə gələn qonaqları geri çevirirlər. Belə eşitmişəm, amma bu hadisə ilə rastlaşmamışam. Başıma gəlməyib, nə yalan deyim".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.

Sənətçi bildirib ki, kanallar müğənnilərin efirə açıq-saçıq geyimlərdə çıxmasına qadağa tədbiq edib:

"Belə bir şeylərin olduğunu eşidəndə sözün düzü çox təəccübləndim çünki açıq-saçıq geyimləri elə müğənni geyinməlidir də... Səhnədə elə olmalıdır müğənni. Müğənni hamıdan fərqlənməlidir. Dünya səhnəsinə bir baxın, dünya ulduzlarına... Bunu başa düşdüm. Azərbaycan televiziyasında (AzTV) senzura var. 5-6 müğənnidən başqa heç kimi efirlərinə dəvət etmirlər.

Bəs başqa kanallara nə olub? Niyə bayağı mahnılara efirdə senzura yoxdur? Efirə layiq olmayan insanlar efirə çıxa bilir, senzura yoxdur... 

Sosial verilişlərdə adi insanların həyatında baş verənlərə senzura yoxdur... Amma müğənnilərə senzura var. Nə deyim? Deməyə sözüm yoxdur. Qarşıdan gələn bayramınız mübarək".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin